XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2020 - 15:28

Hulusi Akardan Ermənistana xəbərdarlıq:"Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər"

“Azərbaycanın acısı bizim acımızdır, bu acını dərindən hiss edirik”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Hücum nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Bunu dəqiqliklə bildirmək istərəm ki, Yuxarı Qarabağı heç bir hüquqi əsas və legitimliyə istinad etmədən işğal edən Ermənistana qarşı Azərbaycanın, azərbaycanlı silahdaşlarımızın sonunadək yanındayıq. Möhtərəm Prezidentimizin dediyi kimi, bu mənfur hücumu edənlər başlarından böyük işə girişiblər. Ermənistan qurduğu tələyə özü düşəcək”, – nazir əlavə edib/Report.