XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2020 - 18:14

Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb”.