XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2020 - 15:50

Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi:"Son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyəm"

Roma Papası Fransısk Ermənistan və Azərbaycan arasında mövcud olan uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.

O, son günlər baş verənlərdən narahatlığını ifadə edib.

“Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında yeni gərginliyi narahatlıqla izləyirəm”, – pontifik bildirib.

Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib və ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyətin köməyi ilə “dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə bilər”.

Report