Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini A. Kərimova verilib.