XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 16:44

Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə 649 953 test aparılıb”.