XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2020 - 20:47

MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib –FOTOLAR

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.