XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2020 - 13:55

Ukrayna MDB çərçivəsində daha iki müqavilədən çıxdı –Rəsmi Kiyev bu ölkələrlə yeni saziş bağlayacaq + Siyahı

Ukraynanın Nazirlər Kabineti ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki müqavilədən çıxmasını təsdiqləyib.

Söhbət Birliyə üzv dövlətlərin humanitar əməkdaşlığı haqqında Sazişdən (2005-ci ildə Kazanda imzalanıb) və Birliyə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişdən (2006-cı ildə Minskdə imzalanıb) gedir.

Bunun əvəzində rəsmi Kiyev Birlik üzvü olan ölkələrlə yeni birtərəfli sazişlər bağlayacaq. Belə ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan ilə ayrı-ayrılıqda saziş bağlanacaq/Report.