XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 02:56

Prezident general Əli Nağıyevin qardaşını mükafatlandırdı –Ali xüsusi rütbə ilə

naqiyev-1

General Əli Nağıyev

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqda sərəncam imzalayıb.

Strateq.az bildirir ki, ali xüsusi rütbə ilə mükafatlandırılan Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini, MTN-in sabiq nazir müavini general Əli Nağıyevin qardaşıdır.

Məlumat üçün bildirək ki, Vəli Nağıyev də uzun illər MTN-də xidmət edib, peşəkar çekistlərdən sayılır. Ancaq Eldar Mahmudovla qardaşı Əli Nağıyev arasında olan ziddiyyət səbəbindən MTN-dən uzaqlaşdırılıb.

Ötən ilin 17 oktyabrında Eldar Mahmudov və dəstəsi ifşa olunduqdan sonra Prezident sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin olunub.