XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 18:07

Ceyhun Bayramov keçmiş kadrlarına yeni vəzifələr verdi –XİN-də yeni təyinatlar

Xarici İşlər Nazirliyində kadr təyinatı olub.

Məlumata görə, nazir Ceyhun Bayrmovun əmrinə əsasən, Şahin Bəbir oğlu İsgəndərov nazirliyin İşlər İdarəsinin rəisi, Roman Ağamalı oğlu Məmmədov Kadrlar İdarəsinin rəisi, Elnur Məmmədov isə Ümumi Katibliyin rəisi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, Ş.İskəndərov bundan öncə Bakı Şəhər Təhsil İdarəsində Təchizat və Təminat şöbəsinin müdiri, R.Məmmədov idarənin müdir müavini, Elnur Məmmədov isə Təhsil nazirinin müşaviri vəzifələrində çalışıblar.

Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva Lent.az -a təsdiqləyib.