XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2020 - 13:30

ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri birgə bəyanat yaydı:"Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq"

ABŞ səfirlikləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında iyulun 21-də keçirilmiş  etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Strateq.az-a verilən məlumata görə, ABŞ-ın Bakıdakı və İrəvandakı səfirliklıri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyib:

“ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.