XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2020 - 03:16

27 iyuldan Türkiyə Rusiya qazının idxalını dayandıracaq –"Botaş"dan "Qazprom"u təşvişə salacaq addım

İyulun 27-də Türkiyə son 35 ildə ilk dəfə olaraq, Rusiya qazının idxalını tam dayandıracaq.

«Türk axını»nı iki həftəliyə profilaktik təmirə dayandıracaqlar. «Mavi axın» isə artıq may ayından dayanıb. Ekspertlər hesab edirlər ki, Rusiya qazından müvəqqəti imtina etmək üçün Ankaranın yetərincə əsasları var.

Rəqiblərlə müqayisədə həddindən artıq yüksək qiymətlərdən başqa, Türkiyə ilə Rusiya arasında Suriya və Liviya münaqişələrinə yönəlik fərqli yanaşmalar var. Üstəlik də, Aralıq dənizindəki boş qalmış kurortlar problemi var ki, oralara Rusiyadan təyyarə uçmur.

Xəbər verilir ki, iyulun 27-dən avqustun 13-nə qədər «Türk axını» profilaktik təmirə dayanacaq. Həmin müddətdə ölkəyə Rusiya qazının axını tamamilə kəsiləcək.

«Röyter» agentliyinin məlumatına görə, mayın ortalarından «Mavi axın» da işləmir. Bununla yanaşı, «Türk axını»nda artıq bir dəfə profilaktika işləri aparılıb – plan üzrə. Bu dəfə dayanmanın təşəbbüskarı qismində Türkiyənin «Botaş» şirkəti çıxış edib.

Bununla paralel olaraq, «Botaş» şirkəti bəyan edib ki, Mərmərə dənizində sıxılmış təbii qaz (STQ) terminalında liman divarını genişləndirib və artıq Qətərdən gələn böyük STQ tankerlərini qəbul edir.

Ötən ildən başlayaraq, qazın bazar qiyməti düşüb və bu şəraitdə Türkiyə üçün Rusiyadan uzunmüddətli kontrakt əsasında qaz almaq sərfəli deyil. Rusiya qazının neft kontraktlarına «bağlanmış» qiyməti yüksəkdir. Ona görə də hələ ötən il Türkiyəyə Rusiya qazının ixracı 35 faiz – 15,5 milyard kubmetrə qədər azalıb, bu il isə enmə davam edib. Belə ki, requlyatorun məlumatına görə, yanvar-aprel aylarında yanacaq tədarükü daha 29,5 faiz – 4,2 milyard kubmetrə qədər azalıb. Bu həcm «Mavi axını» və ya «Türk axını»nın bir qolunu yükləmək üçün yetərli idi. Bu arada Qətərdən STQ tədarükü iki dəfə atıb -2 milyard kubmetrə qədər. STQ alışının 2 milyard kubmetr ümumi artımı isə əsasən «Qazprom»un hesabına baş verib.

Analitiklər qeyd edirlər ki, bazarda qaz təklifinin artımı və Avropa bazarındakı aşağı qiymətlər türkiyəli alıcıları «Qazprom» qiymətlərilə qaz almaq üçün hər cür motivdən məhrum edir.

Profilaktik təmirə dayanmaq isə heç bir mübahisə və münaişə yaratmadan qaz tədarükünü və qəbulunu dayandırmaq üçün əsas sayıla bilər.

Kontraktın şərtlərinə görə, Türkiyənin «Botaş» şirkəti hər il 13 milyard kubmetr qaz almalıdır. Eyni zamanda, ötən ildən başlayaraq, özəl treyderlər «götür və ya ödə» şərtini yerinə yetirmirlər.

Payızda vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək, belə ki, Rusiya qazının qiyməti neftin qiymətinə bağlıdır.

Ekspertlər hesab edirlər ki, indi Türkiyə çoxlu STQ alır ki, onun da qiyməti xeyli aşağıdır. Çünki 2019-cu ildə dünyada rekord sayda STQ zavodları işə salınıb. Amma istisna deyil ki, Rusyadan qaz alışını ixtisar etməklə, Türkiyə yeni kontraktlar imzalamağa hazırlaşır. 2020-ci ildə «Qazprom»la bir sıra Türkiyə şikətləri arasında bağlanmış kontraktların vaxtı bitir. Və onlar məqsədli şəkildə münaqişə yarada bilərlər ki, kompromis qismində əlverişli şərtlər əldə etsinlər.

AzPolitika.info