XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 18:28

Ərdoğan:“Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək cəhdlərinə dəstək veririk”

“Türkiyə olaraq mədəniyyətimizdən aldığımız ilhamla haqq, həqiqət, ədalət və sülh uğrunda apardığımız mübarizəni daima daha irəliyə aparmaq əzmindəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada məzlumların fəryadlarına biganə qalmadıq və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək cəhdlərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”, – deyə Türkiyə Prezidenti vurğulayıb/APA.