XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2020 - 16:10

Nazir 20 məktəb direktoruna yeni vəzifə verdi, 18-ni isə işdən çıxardı –Siyahı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

İdarədən verilən məlumata görə, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

Həmin məktəblər aşağıdakılardır: 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər/Oxu.az.