XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2020 - 14:24

Ramil Usubov, Mədət Quliyev, Eldar Əzizov, Vasif Talıbovun oğlu… –Onlar Fəttah Heydərovun dəfn mərasiminə qatılıb + FOTOLAR

Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.

Strateq.az Unikal.org-a istinadən xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun oğlu, Miqrasiya xidmətinin rəis müavini Rza Talıbov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak edib.

Qeyd edək ki, 82 yaşında vəfat edən  F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.