XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2020 - 23:58

Beyrutdakı partlayışda ölən və yaralananların sayı kəskin artdı:Baş Nazir hədələdi, İsrail "əlimiz yoxdur" bəyanatı verdi

Beyrutdakı partlayışda Türkiyənin vətəndaşları ilə yanaşı, Qazaxıstan səfirliyinin iki əməkdaşı da yaralanıb.

Strateq.az Türkiyənin NTV kanalına istinadla bildirir ki, partlayış nəticəsində 70-dən çox ölən, 3 mindən çox isə yaralanan var.

Hazırda dağıntılar altındakı yaralı və ölülərin çıxarılma işləri aparılır.

Livanın baş naziri isə “bütün günahkarları tapacaq və cəzalandıracağıq” mesajı verib.

Bu arada isə İsrail rəsmi bəyanat verərək, partlayışda hər hansı bir əlaqələrinin olmadığnı bəyan edib.

Xatırladaq ki, hadisə nəticəsində biri Türkiyə Hava Yollarının əməkdaşı olmaqla, iki türk də yüngül yaralanıb.

Türkiyə rəsmiləri hadisədən dərhal sonra bir-birinin ardınca “qardaş Livanın və xalqının yanındayıq. Hər cür dəstəyə hazırıq” bəyanatları verib.