XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2020 - 13:09

TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"

“Hər gün yoluxanların sayı sağalanların sayından az olur”.

Strateq.az xəbər verir ki, bu fikirləri  TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yumşalmaya gedilir: “Biz göz yummaqla problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Bəzi qapalı məkanlar açılır. Biz qapalı yerlərdə qaydalara ciddi riayət etməliyik. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir. Hər birimiz karantin rejimindən yorulmuşuq”.