XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2020 - 17:34

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib: 

“İndiyədək ölkədə ümumilikdə 33 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb”.