XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2020 - 16:40

Azərbaycanda daha 112 nəfər koronavirusa yoluxub, vəfat edən olmayıb –Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, son sutka ərzində koronavirusdan vəfat edən olmayıb:

“İndiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755test aparılıb”.