Tanınmış azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) İstanbulda dəfn ediləcək.
Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə kriminal avtoritetin qardaşı Müşviq Səlifov məlumat verib.
O bildirib ki, Nadir Səlifovun ailəsi Türkiyədə yaşadığı üçün belə qərar verilib.
Xatırladaq ki, Nadir Səlifov dünən gecə Antalyada yerləşən otellərin birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Azərbaycandan olan “Xan” ləqəbli başqa bir kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçıb, lakin Antalya – Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu gün yerli mətbuatda “qanuni oğru”nun Bakıda, Bakıxanov qəbiristanlığında torpağa tapşırılacağı haqda məlumat yayılmışdı.