XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 18:25

Azərbaycanda daha 184 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib:

“İndiyədək ümumilikdə 35105 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir. Ölkədə son sutka ərzində 6557, hazırkı dövrədək isə 868345 test aparılıb”.