XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2016 - 20:49

Təyyarənin “qara qutusu” tapıldı- Pilotun son danışıqları yayıldı (FOTO,VİDEO)

Dünən gecə saatlarında Dubaydan Rostova uçan və eniş zamanı qəzaya uğrayan təyyarənin «qara qutusu» tapılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «qara qutu» ətraflı təhqiq ediləndən sonra qəzanın hava şərtlərinə, yoxsa pilotların səhvinə görə baş verdiyi məlum olacaq.

Eyni zamanda pilotun dispetçerlərlə son danışıqlarını əks etdirən audioyazı da ortaya çıxıb. Audioyazıdan məlum olur ki, danışıqlar təyyarənin enməsinə bir neçə dəqiqə qalmış baş tutub. Həmin anda nə pilotun, nə də dispetçerlərin səsində hər hansı təşviş hiss olunur. Tərəflər təyyarənin enişi ilə bağlı texniki detalları müzakirə ediblər.  

Xatırladaq ki, təyyarədə olan 62 nəfərin hamısı həlak olub. İlkin versiyaya görə, təyyarənin qəzaya uğramasına pis hava şərtləri səbəb olub.