XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2020 - 17:00

Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxub, 111 nəfər sağalıb, 1 nəfər vəfat edib –Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 35426 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

Ölkədə son sutka ərzində 4890, hazırkı dövrədək isə 878667 test aparılıb.