XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 22:20

Son terror hadisəsinin hədəfi –Türkiyənin turizm sektoru

36 yaralıdan 12'si yabancı uyruklu

 

İstanbulda bu gün baş verən terror hadisəsində yaralanan 36 nəfərdən 12-si xarici vətəndaşdır.

Strateq.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, yaralı 12 turistdən 6-i İsrail, 2-si İrlandiya vətəndaşıdır. İslandiya, İran, Dubay, Almaniya kimi ölkələrin hər birindən isə 1 turist yaralanıb. Təsdiqlənməyən digər məlumatda isə bildirilir ki, ölənlərdən biri İsrail vətəndaşıdır.

Yaralılar arasında xaricilərin bu qədər çox olması planlaşdırılan terror aktının məkrli niyyətindən xəbər verir. Güman olunur ki, canlı bomba tam hədəfə yaxınlaşmadan partlayıb. Yox, əgər bu terror aktı tam istənilən kimi yerinə yetirilsəydi, yəqin ki, daha çox turist həyatını itirəcəkdi. Bu fakt terror hadisəsiylə Türkiyənin turizm sektorunun hədəfə alındığı mülahizələrinə yol açır.

Türk iqtisadiyyatının mühüm sahələrindən olan turizm sektoru hər il ölkəyə milyardlarla dollar pul qazandırır. Statistikaya əsasən, Türkiyəyə 2014-cü ildə 41.1 milyon turist gəlmiş və qardaş ölkə bundan 34.5 milyard dollar qazanmışdı. Ötən il ölkədə müəyyən gərginliklərin yaranması turizm sektoruna da zərbə vurmuş, gəlirdə xeyli geriləmə qeydə alınmışdı. 2015-ci ilin ilk yarısında bu azalma hardasa, 10% civarında olsa da, ilin ikinci yarısında daha artıq itkinin yaşandığı güman edilir. Ən çox turist itkisi isə Rusiyadan gələnlərin payına düşür. Xüsusilə, iki dövlət arasında təyyarə böhranının çıxmasından sonra Rusiyanın turist şirkətləri Türkiyədən imtina etmiş və bu isə, təxminən, 5 milyona yaxın müştərinin itirilməsi demək idi.

Tam yerinə yetirilə bilməyən son terror hadisəsi, görünür, türk turizm sektorunu bu il tamamilə xarici müştərilərinin üzünə bağlamaq niyyəti güdürmüş. Bu isə Türkiyə iqtisadiyyatına onmilyardlarla dollarlıq zərbə vurmaq deməkdir.

***********

Son anda verilən məlumata görə, ölən 4 nəfərdən 3-ü İsrail, 1-i isə İran vətəndaşıdır.

Heydər Oğuz

Strateq.az