XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 19:00

“Qarabağla bağlı baza kifayət qədər ciddi şəkildə hazırlanıb” –Lavrovdan həmsədrlərlə bağlı açıqlama

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bundan sonrakı səylər üçün baza qalırmı, bu səylərin səmərəliliyini necə artırmaq olar? Bildirmək istəyirəm ki, münaqişənin nizamlanmasına dair baza kifayət qədər ciddi şəkildə hazırlanıb və bu bazanı itirmək çox acınacaqlı olardı”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Rusiyalı naziri bu bazanı itirmək cəhdlərinin olduğunu da bildirib: “Təəssüf ki, biz belə cəhdlər görmüşük. O cümlədən danışıqların tərkibinin dəyişdirilməsi cəhdləri də bura daxildir. Hansı ki, həmsədrlər tərəfindən qəbuledilməzdir və biz bu barədə açıq bəyan etmişik”/APA.