XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 14:55

Lukaşenkodan şok bəyanat:"Polşa Belarusun Qrodno vilayətini ilhaq etmək istəyir"

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı ölkənin Qrodno vilayətini ilhaq etmə planında ittiham edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Prezident Lukaşenko bu planın baş tuta bilməyəcəyinə əminliyini bildirib.

“Siz artıq Belarus parçalanarsa, Qrodno vilayətinin Polşaya birləşəcəyi açıqlamalar eşidirsiniz. Onlar bunu açıq şəkildə deyirlər. Onlar buna müvəffəq ola bilməyəcəklər, bunu mən dəqiq bilirəm”, -deyə Lukaşenko bildirib.

O əlavə edib ki, ölkə indi bəzi hərbi hissələrini yerləşdirdiyi qərb sərhədlərindəki vəziyyəti sabitləşdirmək üçün külli miqdarda pul xərcləməyə məcburdur.

Belarus Prezidenti bəzi “narahat qonşular”ın Belarusun daxili işlərinə müdaxilə etdiyini və dövlətə təzyiq göstərdiyin bildirib/APA.