XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2020 - 16:02

Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi –83 xəstə isə sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, 1 956 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, bu günə qədər isə ümumilikdə 898 492 test icra olunub”.