XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2020 - 17:46

Emin Əmrullayev:"Oktyabrın 15-dən bütün şagirdlərin məktəbə getməsini planlaşdırırıq"

“Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə”.

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib: “Burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə oktyabrın 1-ə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı əgər yenə də hər şey yaxşı gedərsə, 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”.