XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2020 - 19:05

Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib –97 xəstə isə sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 3 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, 1 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, bu günə qədər isə ümumilikdə 904 506 test icra olunub”.