XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 18:06

Lukaşenko baş verənlərdən dərs aldığını dedi:"Putinlə artıq bir nəticəyə gəlmişik"

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikadakı mövcud vəziyyətin ona dərs olduğunu, kimin həqiqətən Belarusun yaxın müttəfiqi olduğuna dair nəticələr çıxarmasına kömək etdiyini deyib.

“Sputnik Belarus”un verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko Baranoviç Dövlət Peşə və Texniki Kollecində danışıb.

“Seçkidən öncəki mesajımda demişdim: Siz bu gün bizi tərəfdaş adlandırırsınız. Qardaş deyil, tərəfdaş olmuşuq. Amma boş yerə! Bu, həm Kremldə, həm də başqa yerlərdə eşidildi. Bu gün biz qardaşıq. Niyə biz yenidən qardaşlaşmaq üçün Qərbdən kiminsə bizi sıxışdırmasını gözləməliyik. Bu, bir dərsdir. Biz müvafiq nəticələr çıxaracağıq. Rusiya Prezidenti və mən artıq bu nəticələrə gəlmişik. Sizə nə desələr də, meydanlarımızda nə qədər qışqırsalar da, biz ortaq vətənimizi qoruyacağıq. Eyni kökdən gələn iki xalqın yaşadığı ortaq vətənimiz. Bura Brestdən Vladivostoka qədər olan vətəndir!”, – deyə Lukaşenko bildirib.

A. Lukaşenko deyib ki, iqtisadi mübahisələrə görə neft bazarında alternativlər axtarmağa məcbur olsa da, onun ölkəsi heç vaxt Rusiyadan üz çevirməyib.

“Lukaşenkonun Qərbə yönəlməsi tamamilə medianın uydurmasıdır. Bəli, mən mümkün qədər çoxvektorlu siyasət apardım”, – deyə Lukaşenko bildirib. O, bunu ölkəni xilas etmək üçün etdiyini deyib/APA.