Bu gün Prezident İlham Əliyev Nadir Hüseynovu Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edib.
Bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.
Prezidentinin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib/Report.