XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 22:17

Obama ilə Kuba prezidenti arasındatarixi görüş - FOTO

ABŞ prezidenti Barak Obamanın Kubaya tarixi ziyarəti davam edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama bu gün Kuba prezidenti Raul Kastro ilə görüşüb. Görüş Kuba parlamentinin fəaliyyət göstərdiyi Havanadakı İnqilab sarayında baş tutub.

Görüşdən əvvəl iki ölkənin himnləri səsləndirilib və Obama Kubanın azadlığı uğrunda həyatını itirmiş qəhrəmanların xatirəsini əbədiləşdirən abidənin önünə əklil qoyub.

Görüşdə Kubada söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələnin də müzakirə olunduğu bildirilir. 

Xatırladaq ki, bu, 1928-ci ildən bu yana Ağ Ev rəhbəri səviyyəsində Kubaya ilk rəsmi səfərdir. Kuba ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər illər sonra qaydasına düşür. Artıq hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açılıb.

Lakin iqtisadi və humanitar sahədəki bütün məhdudiyyətləri aradan qaldırmaq Konqresdən asılıdır ki, qurumda əsas söz sahibi olan respublikaçılar hələ ki buna qarşı çıxır.