XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2020 - 16:35

Bu universitetlərdə plan yerləri artırıldı –Siyahı

“Ötən illə müqayisədə bu il üçün I qrup üzrə 299 plan yeri (1,96%) azalıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu göstərici II qrupda 381 yer azalma ilə (2,69%), III qrupda 1 015 yer artımla (9%), IV qrupda 390 yer artımla (10,5%), V qrupda isə 133 yer artımı (3,71%) ilə müşahidə olunub: “Builki plan yerlərinin sayında ötən illə müqayisədə 1,79% artıb ki, bu da ümumilikdə 858 yer təşkil edir”.

M.Abbaszadə əlavə edib ki, bu il həmçinin müəyyən universitetlərdə plan yerləri kəskin artıb: “Misal olaraq, Azərbaycan Tibb Universitetində bu il 785 yer artıq verilib. Hətta orada bu il yeni ixtisaslar da açılıb. Plan yerlərindəki artım Xəzər Universitetində 18%, Bakı Biznes Universitetində 28%-dir. Dövlət sifarişli yerlərin sayı isə bu il üçün 8% artıb”/Report.