XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 18:10

Nazirlik 4 müxtəlif hala uyğun dərs cədvəli nümunələrini elan etdi –CƏDVƏLLƏR

Təhsil Nazirliyi hibrid tədris üçün dərs cədvəli nümunələrini hazırlayıb.

Strateq.az xəbər verir ki, bu nümunələr 4 müxtəlif situasiyanı əhatə edir:

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə
– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

Bu nümunədən istifadə etməklə sizin məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Nəzərə alın ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır. Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün 2 televiziya kanalında səhər və günorta təkrar verilməklə yayımlanacaq.