XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2020 - 16:40

Azərbaycanda son sutkada 163 nəfər koronavirusa yoluxub –171 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 7108, hazırkı dövrədək isə 995376 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə  38037  nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35440 nəfər müalicə olunaraq sağalıb,  557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.