XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2020 - 14:09

Çavuşoğlu:"Bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr – Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.

Strateq.az xəbər verir ki, paylaşımda deyilir:

“Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!”.