XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2020 - 15:55

Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə. son sutkada 3 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685  test icra olunub”.