XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 15:42

Azərbaycanda son sutkada 117 nəfər koronavirusa yoluxub –135 nəfər sağalıb, bir nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışbir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 5898, hazırkı dövrədək isə 1041184 test aparılıb.