XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 15:16

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib –- Qərargah son məlumatı yaydı

Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb”.