XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 14:06

Ermənilər Qarabağın azərbaycanlı icmasının sədrini terrorla hədələdi:"Bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək"

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev yenidən erməni terrorçuları tərəfindən təhdid olunub.

Strateq.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

İcma sədri bildirib ki, vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdikləri https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları onu təhdid ediblər: “”Nemesis” erməni daşnaklarının təşkil etdiyi və Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!”.