XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 00:30

Ərdoğan Makronla görüşdü:"Türkiyə öz haqlarını kimsəyə yedirməyəcək"

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə əsasən Şərqi Aralıq dənizində yaranan gərginlik və ikitərəfli əlaqələri müzakirə edilib.

Ərdoğan müzakirə zamanı Şərqi Aralıq dənizində Türkiyənin və Kipr türklərinin haqlarının yox sayılmasına işarə edərək, Fransanın Yunanıstan və Kiprin bölgədə gərginliyi artırma çabalarını dəstəkləməsinə anlam verə bilmədiyini vurğulayıb.

Türkiyənin kimsənin haqqında gözü olmadığını, ancaq öz haqlarını da kimsəyə yedirməyəcəyini vurğulayan Ərdoğan, hər zaman olduğu kimi, bu gün də problemləri dialoq və danışıqlarla həll etməyə çalışdıqlarını deyib.

Ərdoğan gərginliyi düşürmək üçün diplomatik fürsətlərin dəyərləndirilməsinin və burada Fransanın sağlam mövqe tutmasının vacibliyini qabardaraq, Türkiyə-Fransa arasında məsləhətləşmə və əlaqələrin davamlı aktiv halda saxlanılmasının proseslərə faydalı olacağını da sözlərinə əlavə edib.