XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 14:20

Gürcüstan XİN başçısından Ermənistanın təxribatlarına reaksiya:"Prosesə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır"

“Gürcüstan Azərbaycanın Ermənistanla dövlət sərhədində baş verən son gərginliklərlə bağlı narahatlığını bölüşür”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, vəziyyətin deeskalasiyası üçün irəli addımlar atılmalıdır: “Gərginliyin aradan qaldırılması prosesinə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır”.

D.Zalkaliani deyib ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Ceyhun Bayramov da öz növbəsində bildirib ki, Azərbaycan hər zaman Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə birmənalı və qəti şəkildə dəstəyini ifadə edir/Report.