XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2016 - 14:04

Maqsud İbrahimbəyovlavida mərasimi keçirilir (FOTOLAR)

Bu gün Bakıda Azərbaycanın xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasimdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mərhumun qələm dostları, həmkarları və ailə üzvləri iştirak edirlər.

Vida mərasimində kinorejissor Oqtay Mirqasımov bildirib ki, Azərbaycan çox böyük və gözəl vətəndaşını itirdi: "Ədəbiyyatımız, kinematoqrafiyamız, sənətimiz, ümumiyyətlə, mədəniyyətimiz böyük ustadını itirdi. Belə iradəli, səmimi, mərd insanları, belə ustadları itirmək çox böyük bir zərbədir, böyük dərddir. Ruhu şad olsun".

Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski böyük müəllimini, böyük dostunu itirdiyini bildirib: "Məni Maqsud İbrahimbəyovla 30 ildən çox bir zaman bağlayır, dostluq və yaradıcılıq əlaqələri bağlayır. O mənim həm həyatda, həm də yaradıcılıqda müəllimim idi. Son telefon danışığında onun mənə son sözü bu oldu: "Özünü qoru!" O mənimlə belə vidalaşdı…"

Mərhum sənətkarımız I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, M.İbrahimbəyov martın 22-də 81 yaşında vəfat edib.