XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 13:05

Gürcüstan XİN-dən daha bir bəyanat:"Minsk Qrupunu və beynəlxalq təşkilatları səylərini səfərbər etməyə çağırırıq"

Gürcüstan Azərbaycan və Ermənistan arasında itkilərlə nəticələnən növbəti hərbi toqquşmalardan narahatdır.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Gürcüstan tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunacağına ümid edir: “Tərəflərin danışıqlara qayıdacağı və bütün regionda təhlükəsizliyə təhdid olacaq genişmiqyaslı hərbi əməliyyatlardan çəkinəcəklərinə ümidvarıq”.

XİN ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatları eskalasiyanı dayandırmaq və konstruktiv dialoqa nail olmaq üçün bütün səyləri səfərbər etməyə çağırıb: “Gürcüstan bölgədə deeskalasiya və sülhü təşviq etməyə hazırdır”/Report.