XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2020 - 18:08

NATO Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yaydı:"Əməliyyatlar dərhal dayandırılmalıdır"

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Məlumata görə, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, – deyə bəyanatda vurğulanıb/APA.