XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 16:42

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, son sutkada daha 2 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 40 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1 748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 382, bu günə qədər isə ümumilikdə 1 104 783 test icra olunub”.