XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 21:04

Paşinyan Putinə yenə zəng etdi:nələr müzakirə olunub?

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonda danışıb.

Strateq.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Paşinyanın təşəbbüsü ilə baş tutan telefon danışığında Qarabağdakı vəziyyət müzakirə olunub.

Məlumata görə, tərəflər atəşin dayandırılmasını vacib sayıblar: “Putin hərbi əməliyyatlardan narahatlığını ifadə edib və atəşin dayandırmasının vacibliyini vurğulayıb”.

Xatırladaq ki, Paşinyan dünən də Putinə zəng edib.