XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 21:56

“Reuters” ermənilərin yalanını ifşa etdi:"Vurulan helikopter görüntüləri 8 ay əvvəl Suriyada çəkilib"

Sosial şəbəkədə vurulan helikopter görüntüləri Azərbaycana aid deyil.

Bu barədə nüfuzlu “Reuters” agentliyi yazıb.

Qeyd olunub ki, “Twitter” və “Facebook”da yayılan video böyük müzakirələrə səbəb olub. Belə ki, hər iki sosial şəbəkədə yayılan videodakı helikopterin Azərbaycana məxsus olduğu iddia olunub.

Agentlik məlumatın saxta olduğunu və həmin görüntülər bu ilin fevralında Suriyanın Nayrab şəhərində qeydə alındığını vurğulayıb.

Xatırladaq ki, iyul döyüşləri zamanı Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke də Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı/Report.