XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 15:52

“DÜŞMƏNİN AĞDƏRƏDƏ YERLƏŞƏN QƏRARGAHINA ZƏRBƏ ENDİRİLİB” –Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib”, – Nazirlikdən bildirilib.