XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 17:02

Azərbaycanda daha 110 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib – 127 nəfər isə sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 469, bu günə qədər isə ümumilikdə 1 115 748 test icra olunub”.