XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 12:27

MN Azərbaycana məxsus təyyarə və helikopterin vurulma xəbərini təkzib etdi:"Bütün aviasiya vasitələri tam tərkibdə döyüş qabiliyyətlidir"

“Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması yalandır”.

Strateq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumat yayıb.

O bildirib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır: “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.